Çernobıl AES-in təcrid zonasında yanğınlar lokallaşdırıldı

Hazırda Çernobıl AES-in təcrid zonasındakı yanğınların əksəriyyəti lokallaşdırılıb.

Metbuat.az-ın xəbərinə görə, bunu Ukraynanın ətraf mühit naziri Ruslan Streles canlı efirdə bildirib. “NASA-nın təqdim etdiyi peyk təsvirləri sayəsində AES-in təcrid zonasındakı yanğınlar izlənilir. Son 2 həftədə 30 yanğın qeydə alınıb. Bu günədək yanğınların əksəriyyəti lokallaşdırılıb. Kiçik ərazilərdə yanğın davam edir” – deyə nazir bildirib.

Nazir əlavə edib ki, son günlərdə hava şəraiti yanğının miqyasının böyüməsinə imkan vermir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR