Qara dənizdə MİNA TƏHLÜKƏSİ: Türkiyə üçün risk varmı? -

"Mina məsələsinə gəlincə, bu məsələ ilə bağlı tərəfimizdən bütün tədbirlər görülüb".

Metbuat.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə Ukrayna sahillərinə buraxılan minaların yaratdığı təhlükə iddiaları ilə bağlı sualı cavablandıran zaman deyib.

"Həm mənim milli müdafiə nazirimin, həm ə də Hərbi Dəniz Qüvvələri komandanının ümumi fikri odur ki, orada olan minalar elə də başıboş vəziyyətdə deyillər. Bundan başqa, bu minalar öz-özünə qıfıllanmış vəziyyətdədir.Yəni üzə çıxan kimi bu minalar öz-özünü partlatmaq ixtiyarındadır. Onların belə bir xüsusiyyəti var. Bundan başqa Hərbi Dəniz Qüvvələrimiz də təhlükə riski ilə bağlı hər cür tədbiri görüblər”.

Qeyd edək ki, Ukraynanın Odessa sahillərində Rusiya hərbi gəmilərinə qarşı yerləşdirdiyi iddia edilən minalar Qara dənizdə fırtına nəticəsində lövbərlərindən uzaqlaşaraq Türkiyə sahilləri üçün də təhlükə yaradıb.

Türkiyə Hərbi Dəniz Qüvvələri gəmiləri xəbərdar edərək və sürüklənən minalara qarşı diqqətli olmağı xahiş edərək NAVTEX (dənizçilərə xəbərdarlıq) yayımlayıb.

Rusiya Sovet İttifaqı zamanından qalan “YM” və “YRM” tipli minaların Qərbi Qara dəniz regionunda intensiv ticarət dəniz yollarında olduğunu bildirərək rəsmi Kiyevi bunda ittiham edib. Digər tərəfdən, Ukrayna tərəfi Rusiyanın Qara dəniz sularında bütün ticarətin qarşısını almaq üçün mina tələsi qurduğunu iddia edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR