Almaniyada bahalaşma dalğası: Rəflər boş qaldı -

Rusiya və Ukrayna arasındakı münaqişələr Avropada tədarük çatışmazlığına səbəb olub. Ukraynadan gətirilə bilməyən məhsullar səbəbindən bazarlarda ərzaq qıtlığı yaranıb. Nəticədə marketlərdə rəflər boş qalıb.

Metbuat.az İHA-ya istinadən xəbər verir ki, bazarlarda günəbaxan yağı, un, makaron kimi əsas qida məhsullarının satıldığı rəflər boş qalmaqla bərabər, hətta bəzi marketlərdə günəbaxan yağı üçün müştəriyə cəmi 4 litr məhdudiyyət qoyulub. Qıtlıq bahalaşma riskini də özü ilə bərabər gətirib. Ötən həftələrə nisbətən qiymətlərdə iki dəfəyə qədər artım tətbiq edilib. Almaniya Yağlı Toxum Emalı Sənayesi Birliyi (OVID) Ukraynanın mühüm günəbaxan yağı ixracatçısı olduğunu və böhran səbəbilə məhsulun tədarük edilə bilmədiyini açıqlayıb.

Vəziyyətdən çıxış yolu kimi, dietoloqlar tədarük çatışmazlığı olan yağların yerinə alternativ məhsulların istifadə oluna biləcəyini təklif edərək, kokos, kərə yağı və ya marqarindən istifadə etməyi məsləhət görüblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR