Dünyada koronavirusa yoluxanların sayı 475 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 475 milyonu, ölənlərin sayı isə 6,1 milyonu ötüb.

Metbuat.az xəbər verir ki, bu barədə cümə günü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd olunur ki, son sutka ərzində yoluxanların sayı 1 608 935 nəfər, ölənlərin sayı 5 143 nəfər təşkil edib. Bununla da koronavirusa yoluxanların ümumi sayı 476 374 234, ölənlərin sayı isə 6 108 976-a çatıb.

Yoluxanların sayına gör ilk "beşliyə" ABŞ, Hindistan, Braziliya, Fransa və Böyük Britaniya daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR