Bakıda təcridxanaya telefon keçirilməsinin qarşısı alınıb - FOTO

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Metbuat.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 221.1; 221.2.1; 228.4; 120.2.2 və 120.2.9-cu maddələri ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Amin Rahim oğlu Kazımova tanışı Ağdam rayon sakini Vüsal Rafiq oğlu Məmmədov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Yoxlama zamanı, orada olan plasmas antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, A.Kazımov 2018-ci ildə Bakının Nizami rayonunda avtomobil yuyulması üstündə 52 yaşlı Yaşar Məmmədovu əvvə döyüb daha sonra 7 bıçaq zərbəsi vuraraq qətlə yetirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR