Azərbaycanlı çempion qəfil VƏFAT ETDİ

Azərbaycanlı boksçu ürəktutmadan dünyasını dəyişib.

Metbuat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qazaxıstanda yaşayan azərbaycanlı kiq-boks, boks və qaydasız döyüşlə məşğul olmuş və dəfələrlə Qazaxıstan çempionu olmuş idmançı Nurlan Dəmirçi vəfat edib.

1993-cü il təvəllüdlü Dəmirçi martın 23-də ürəktutmadan ölüb. O, bu gün doğuldugu Qax rayonuna gətirilərək dəfn olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR