Bir ayda Ukraynaya dəymiş ziyanın MƏBLƏĞİ

Rusiyanın Ukraynaya hücumu nəticəsində infrastrukturuna 62 milyard 889 milyon dollar həcmində ziyan dəyib.

Metbuat.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kiyev İqtisadiyyat Məktəbinin analitika şöbəsi hesabat hazırlayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusu tərəfindən Ukraynada 8 mindən çox yol, 260 körpü, 4 min 431 yaşayış yeri, 92 fabrik və ya müəssisə, 378 təhsil müəssisəsi, 138 səhiyyə ocağı, 2 liman, 8 mülki və 10 hərbi hava limanı, içərisində atom elektrik satansiyası da olmaqla 8 elektrik stansiyasına zərər vurulub və ya dağıdılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR