Xalası ilə birlikdə narkotiklə TUTULDU

Biləsuvarda xalası ilə birlikdə narkotik gəzdirən qadın saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a bildirilib ki, Bakı şəhər sakini R.Əhmədovun idarə etdiyi “Daewoo” markalı avtomobildə sərnişinləri N.İsmayılova xalası, əvvəllər məhkum olunmuş K.Hüseynova ilə birgə şəhər ərazisində saxlanılıblar.

Şəxsi axtarış zamanı N.İsmayılovadan heroin, metamfetamin, avtomobilə baxış zamanı 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR