Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 35 əcnəbi saxlanılıb

10:37 19 Yanvar 2015
96 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 10:32 ]


Bakı. Ramiz Mikayıloğlu-APA. Keçən il polis orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tutulan xarici ölkə vətəndaşlarının sayı açıqlanıb.

 

APA-nın Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin hesabatına istinadən verdiyi məlumata görə, 2014-cü ildə respublika polis orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Rusiya Federasiyasının 4, İran İslam  Respublikasının 6, Gürcüstanın 21, Litvanın 1, Türkiyənin 1, Ukrayna 1, Türkmənistanın 1 olmaqla ümumilikdə 35 xarici ölkə vətəndaşları tutulub.

 

Xarici ölkə vətəndaşlarından ümumilikdə çəkisi 38 kq 796,428 qr müxtəlif növ narkotik vasitələr götürülüb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369539

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR