Putinin A planı iflasa uğradı: “Zelenskiyə istədiyini verəcəyik” -

“Ukraynaya 6 min raket və 25 milyon funt sterlinqlə yanaşı əlavə hərbi yardımlar göstəriləcək və bu yardımlar artırılacaq”.

Metbuat.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Boris Conson belə açıqlama verib. O bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskiyə ehtiyac duyduğu miqdarda və keyfiyyətdə hərbi yardımlar göstəriləcək. Baş nazirin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin A planı iflasa uğradığı üçün rus qüvvələr dinc sakinlərə qarşı hücumları artırıb. “Putinin Ukraynadakı uğursuzluğu sülh və sabitlik üçün həyati önəm daşıyır” - Conson bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR