Bayramdan qalan salatı yeyib zəhərləndilər

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bozalqanlı kəndində baş verib.

1970-ci il təvəllüdlü Ə.Dəmirova, 1990-cı il təvəllüdlü E.Abdullayeva və 1992-ci il təvəllüdlü S.Abdullayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, həmin şəxslər bayramdan qalan salatı yedikdən sonra zəhərləniblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR