K​örpələrdə yuxu rejimi necə olmalıdır? -

"Bu yaş qrupuna və körpədən asılı olaraq dəyişir. Amma eyni yaş qrupunda da körpələrin bəziləri az, bəziləri isə çox yata bilir".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı pediatr-neontoloq Altay Abdullaoğlu edib.

"Yaxşı olardı ki, yeni doğulan körpələr həkim tərəfindən müayinə edilsin. Əgər nevroloji müayinənin nəticələrində heç bir problem yoxdursa bəzi uşaqların az, bəzilərinin isə çox yatması normal hesab edilir".

Qeyd edək ki, körpənin yuxu rejimini qurması çox vaxt tələb edə bilər. Birinci ayda ümumiyyətlə 24 saat yatır və oyanır. Gecə ilə gündüzü fərqləndirə bilməməsi yuxu rejimini ləngidir. Lakin ilk 2 həftədən sonra rejim tədricən formalaşmağa başlayır. Bəzən bu rejimi müəyyənləşdirmək çətin ola bilər. Bəzi körpələr ətrafdakılara uyğunlaşmaqda çətinlik çəkə bilər, daha çox diqqət istəyə və ya ətrafdakı dəyişiklikləri qəbul etməkdən imtina edə bilər. Bu səbəbdən bu dövrdə körpənizin davranışını müşahidə etmək yaxşıdır.

Aidə Fərzəliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR