Putin qəzəbləndi: Zelenskiyə de ki, onları məhv edəcəyəm

Rusiyalı iş adamı Roman Abramoviçin Rusiya-Ukrayna danışıqlardakı roluna dair bəzi detallar üzə çıxıb.

Metbuat.az “Times” qəzetinə istinadən xəbər verir ki, Abramoviç həm Prezident Vladimir Putinlə həm də Vladimir Zelenski ilə görüşərək, tərəflərin mesajlarını bir-birilərinə çatdırır. Məlumata görə, Abramoviç Zelenksinin danışıqların əsas şərtləri ilə bağlı mesajını Putinə çatdıranda Kreml rəhbəri çox qəzəblənib. Mesajın detalları barədə məlumat olmasa da, Putin çox sərt cavab verib. Putin Abramoviçə “Onlara de ki, onları məhv edəcəyəm” - deyə deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR