Mübariz Mənsimov gəmisinə Polad Həşimovun adını verdi -

"Palmali Holdinqə” məxsus gəmilərin adları dəyişdiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva öz sosial hesabındakı paylaşımda bildirib.

"Bu gündən etibarən gəmilər Vətən uğrunda savaşlarda canlarından keçən, qəhrəmancacına həlak olmuş şəhidlərimizin adlarını daşıyacaq. Məqsəd şəhidlərimizin adını ucaltmaq və dünya sularında tanıtmaqdır. İdarə heyətinin qərarı ilə ilk gəmi 30 martda yola salınacaq. Uzunluğu 140, eni 17 metr və 7 min 500 DWT daşınma qabiliyyətinə malik olan gəmi General Polad Həşimovun adını daşıyacaq. Təntənəli mərasim Yalovada Doğruyol tərsanəsində baş tutacaq. Gəminin yola salınma mərasimində Azərbaycan və Türkiyədən qonaqlar iştirak edəcəklər".

Fidan Quliyeva onu da bildirib ki, bu qərarı Mübariz Mənsimov və "Palmali Holdingin” idarə heyəti qəbul edib.

Bir 1 nəfər və bunu deyən yazı "General Polad Hashimov'u Saygı Özlemle Anıyoruz GENERAL POLAD HASHIMOV B "General Polad Hashimov" gemisini dünya sularına uğurlama törenine sizleri davet ediyoruz. Doğruyol Tersanesi Hersek Köyü Tersaneler Cad. B9 Parsel Altınova, Yalova 30 Mart 14.00 PALMALİ GROUP OF COMPANIES" şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR