Kəmaləddin Heydərov Bərdədə vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Bərdədə vətəndaşları qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən martın 31-də Bərdə şəhərində, Bərdə Peşə liseyinin binasında saat 11:00-dan Bərdə və Tərtər rayonları sakinlərinin qəbulu keçiriləcək.

Qəbula gələn vətəndaşların qeydiyyatı 30 mart 2022-ci il tarixində Bərdə Peşə liseyinin binasında (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, 111) saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR