Xanım Yadigarlı "Xəzər TV"dən ayrıldı:

Tanınmış teleaparıcı Xanım Yadigarlı "Xəzər TV"dən ayrılıb.

Metbuat.az xəbər verir ki, bu barədə teleaparıcı özü məlumat verib. O, fəaliyyətinə "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi"ndə davam edəcək:

"11 ilini geridə qoyduğum bir yol başa çatdı. Böyük bir təsadüf televiziyanı həyat tərzimə çevirmişdi. 17 yaşımı ANS-də tamamlamışam. Həyatımda baş verən əksər önəmli günlər, bayramlar, qoşa tarixləri, doğum günləri, pandemiya həyəcanı, 44 günlük Vətən müharibəsini iş başında keçirmişəm. Bu yolda "ANS TV"-də müxbir, prodüsser, aparıcı, baş redaktor, "ANS ÇM"-də dj, "Xəzər FM" və "Araz FM"-də , "Xəzər Xəbər"də xəbər aparıcısı çalışmışam.

2020-ci ildə Prezidentdən müsahibə alan jurnalistlər siyahısında olmaq şərəfinə nail olmuşam. Son iş yerim "Xəzər Media Mərkəzi"ndən şəxsi ərizəmlə ayrıldım. Orada çalışan zəhmətsevər, peşəkar, vicdanlı dostlarımın xətri çox əzizdir",- deyə teleaparıcı qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR