Hollandiyada hava hücumundan müdafiə təlimi keçirilir

Hollandiyada NATO-nun hava hücumundan müdafiəsi ilə bağlı təlimlər başlayıb.

Metbuat.az xəbər verir ki, təlimlər əsasən Hollandiyanın qismən isə Danimarkanın hava məkanını əhatə edir. Təlimlərə F-35, F-18, F-16 təyyarələri ilə yanaşı helikopterlər və hava hücumundan müdafiə sistemləri cəlb edilib. Hollandiya tərəfinin məlumatına görə, təlimlərin Ukraynadakı müharibə ilə əlaqəsi yoxdur. Bu, hər il keçirilən planlı təlimdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR