“Azərneftyağ” bağlandı

“Azərneftyağ” bağlandı
12:58 25 Dekabr 2014
75 Digər
Ölkə mətbuatı
A- A+

“Azərneftyağ” neft emalı zavodunun fəaliyyətinə xitam verilib. ANS PRESS-in ARDNŞ-ə istinadla verdiyi məlumata görə, bu barədə əmr 24 dekabrda imzalanıb. “Azərneftyağ” neft emalı zavodunun 1 yanvar 2015-ci il tarixdən Heydər Əliyev adına Bakı Neft Emalı Zavooduna (BNEZ) qoşulmaqla fəaliyyətinə xitam verilməsi qərara alınıb.

Bu qərar NEZ-lərin fəaliyyəti zamanı təkrarlanan bəzi biznes prosesləri əlavə xərclər tələb etdiyi və bunun da öz növbəsində iqtisadi cəhətdən qeyri-səmərəli hesab olunması ilə bağlı qəbul edilib.

“Azərneftyağ” neft emalı zavodunun fəaliyyətinə xitam verilməsi orada çalışan işçilərin kütləvi şəkildə sərbəstləşməsinə səbəb olmayacaq.

Həmin zavodun istehsalat qurğuları və istehsal sahələri Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun tərkibində fəaliyyət göstərəcək və orada çalışanlar BNEZ-da fəaliyyətini davam etdirəcək. Yeni qurumda bəzi rəhbər işçilərin çalışmasının mümkünsüzlüyü də istisna edilmir. Lakin onlara da ixtisaslarına uyğun iş təklif olunacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=316206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR