Məktəbli formalarının rənginə kim qərar verir? -

“Yeni məktəb formaları Nazirlər Kabinetinin qərarına əsasən növbəti təhsil ilindən qüvvəyə minəcək”.

Metbuat.az xəbər verir ki, bu sözləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında Təhsil Nazirliyinin Şöbə müdiri Vəfa Yaqublu deyib. Onun açıqlamasına görə, məktəblərdə pedaqoji şura Nazirlər Kabinetinin qərarında qeyd edilən əlavələrə müvafiq olaraq müxtəlif rəng seçimləri üzrə müvafiq seçimlərini təqdim etməlidirlər

“Məktəblər qərar verir ki, orada təhsil alan şagirdlər hansı rəng çalarlarında olan məktəbli formasını geyinəcək. Heç bir məktəb forma sifariş vermir. Daha sonra isə valideynlər bazardan həmin geyim formalarını əldə edirlər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR