SMA xəstəsi olan balaca Amirin yardımınıza ehtiyacı var -

Spinal muskular atrofiya (SMA) xəstəliyindən əziyyət çəkən körpə Tağıyev Amir Şahmurad oğlunun xeyirxah və imkanlı şəxslərin köməyinə ehtiyacı var.

Metbuat.az xəbər verir ki, sonxeber.az-a müraciət edən Amir Tağıyevin anası Leyla Tağıyeva hər an övladını itirmə qorxusu ilə yaşadıqlarını söyləyib:

"Oğlum Amir Tağıyev 21 aprel 2021-ci ildə Bakı şəhərində anadan olub. Amir mənim ilk övladımdır. Onun dünya gəlişi həyatımıza sevinc və xoşbəxtlik gətirdi. Haradan bilərdik ki, bu sevincimiz qısa çəkəcək və Allah bizi bu cür ağır xəstəliklə sınağa çəkəcək?..

Bu il, martın 17-də Amirimizə SMA diaqnozu qoyulub. Həkimlərin söylədiyinə görə, oğlumun sağalması üçün qısa müddətdə "Zolgensma" iynəsi vurulmalıdır. Əks halda xəstəlik daha da inkişaf edə və ölümlə nəticələnə bilər. Amirimi itirə bilərəm. İynənin qiyməti 2 milyon dollardan yuxarıdır. Bu iynə oğlumun 2 yaşı tamam olmamış vurulmalıdır. Əks təqdirdə aparılacaq müalicələr nəticəsiz qalacaq. Əminəm ki, SMA xəstəliyindən əziyyət çəkən Tunar balamıza kömək edən xalqımız və körpələrə daim xüsusi qayğı ilə yanaşan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Amirimə də kömək edəcək.

44 günlük Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan cənab Prezident İlham Əliyev, bütün körpələrə ana qayğısı və sevgisi ilə yanaşan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadan kömək istəyirəm. Övladımı yaşatmağım lazım olan pulu toplamağımız üçün bizə kömək edin".

Qeyd edək ki, SMA tipik olaraq südəmər dövrün və uşaqlıq çağının genetik motor neyron xəstəliyidir. Xəstəliyin əlamətləri 3 ay-3 yaş dövründə üzə çıxır. Xəstəliyin əsas əlaməti hipotoniya (süstlük), tipik olaraq proksimal əzələlərdə gücsüzlük, hissiyyatın saxlanılması və azalmış, yaxud da alınmayan vətər refleksləridir. Dildə fassikulyasiya (səyrimə) və əldə incə tremor (əsmə) spinomuskular atrofiya -SMA diaqnostikasında yardımcı əlamətlərdir. Xəstəliyin şiddəti başlama yaşıyla əlaqəlidir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR