Türkiyə planları alt-üst etdi: Aralıq dənizində güc balansı dəyişir - Böyük layihə reallaşır

“Aralıq dənizinin şərqində güc balansı Türkiyənin lehinə dəyişir. Yunanıstan-İsrail-Misir əməkdaşlığı ilə enerjinin Avropaya ötürülməsi layihəsi çöküb”.

Metbuat.az Türkiyənin Sabah qəzetinə istinadən xəbər verir ki, Yunanıstan mediasının Aralıq dənizindəki proseslərlə bağlı şərhində belə deyilir. Bildirilir ki, İsrail və Misir Aralıq dənizindəki təbii qazın Avropaya ötürülməsinin ən uyğun yolunun Türkiyədən keçməli olduğunu qəbul edib. Aralıq dənizindəki təbii qazın Avropaya çatıdırılması üçün ən qısa və ucuz yol Türkiyədən keçir.

Bildirilir ki, Avropanın rus qazından imtina etmək planları Aralıq dənizindəki təbii qaza marağı daha da artırıb. İddialara görə, Türkiyə İsrail təbii qazının ölkə ərazisindən keçməsi qarşılığında təbii qaz üzərində haqq tələb edir. Bəzi iddialara görə, İsrail bu tələbi qəbul edə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR