İstanbuldakı toplantıda diqqətçəkən qonaq:

Kreml sözçüsü Dmitri Peskov İstanbuldakı danışıqlar və danışıqlarda iştirak edən rusiyalı iş adamı Roman Abramoviç barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, toplantının önəmini bu gün və ya sabah daha yaxşı başa düşmək olar. Peskov bildirib ki, Abramoviç rus heyətinin rəsmi üzvü olmasa da, danışıqlarda iştirak edir.

Qeyd edək ki, Roman Abramoviçin tərəflər arasında vasitəçi olduğu ötən həftə üzə çıxsa da, Rusiya tərəfi məlumatı təsdiq etməmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR