Bakıda ölüm saçan avtobus: Sərnişinlər qapıdan sallanıb -

Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi və 8-ci kilometr bazarı istiqamətində hərəkət edən 214 nömrəli müntəzəm marşrut avtobusunda təhlükəli mənzərə yaşanır.

Metbuat.az “avtosfer.az”a istinadən xəbər verir ki, sərnişinlər avtobusun qapısı açıq vəziyyətdə, qapıdan sallanaraq gedir.

Bu isə həm sərnişindaşıma qaydalarının pozulması, həm də təhlükəli haldır.

Qeyd edək ki, marşrut xətti "Ayşən" MMC-yə məxsusdur. Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır və müvafiq tədbir görüləcək.

Videonu təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR