SON DƏQİQƏ: Rusiya elan etdi - Hərbi əməliyyatları dayandırırıq

İstanbulda rusiyalı və ukraynalı nümayəndələr arasında keçirilən görüş başa çatıb və tərəflər toplantının keçirildiyi Türkiyə prezidentinin Dolmabağca sarayından ayrılıblar.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri məlumat yayıb. Görüşdən sonra isə Rusiyanın Müdafiə Nazirliyi Kiyevdəki hücumların dayandırılacağını bəyan edib.

Açıqlamada deyilir:

“Dialoqun davam etməsi üçün Kiyev və Çerniqov şəhərlərində hərbi əməliyyatları böyük ölçüdə dayandırmağa qərar verdik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR