Kiyevi mühasirəyə ala bilməyən ruslar geri çəkilir -

“Rusiya qüvvələrinin Kiyev və Çerniqov şəhərlərindən çəkilməsi davam edir”.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Qərargahı açıqlama yayıb. Güman edilir ki, Kiyevi mühasirəyə ala bilməyən rus qüvvələr ölkənin şərq bölgələrinə yerləşdiriləcək. Məlumata görə, Donetsk istiqamətində hücumlar davam edir. Rusiya ordusu Kreminna və Mariupol bölgələrini raketlərlə atəşə tutub.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi dialoqun davam etməsi üçün Kiyev və Çerniqov şəhərlərində hərbi əməliyyatların böyük ölçüdə dayandırıldığını elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR