Azərbaycanda yeni qadağa tətbiq ediləcək - VİDEO

Mağazalarda bəzən qablaşdırmanın üzərində müalicəvi əhəmiyyətindən və faydalarından söz açılan məhsullarla rastlaşırıq.

Metbuat.az İTV-yə istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizlik Agentliyi bu tip məsələlərlə bağlı qəbul ediləcək yeni qanunu tənzimləyəcək.

Yeni qanun çərçivəsində qida məhsullarına “müalicəvi”, “pəhriz” kimi adların verilməsi qadağan ediləcək.

AQTA-nın aparat rəhbəri Elxan Mikayılov bildirib ki, məhsulun tərkibi haqqında göstəricilərin etiket məlumatlara uyğunluğu məsələsinə nəzarət gücləndiriləcək.

Ətraflı süjetdə izləyə bilərsiniz:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR