Putinə verilən açarı geri aldılar - Şərəf əlaməti...

İspaniyanın paytaxtı Madrid şəhərinin simvolik qızıl açarı Rusiya Prezidenti Vladimir Putindən geri alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Madrid Məclisində qərar qəbul olunub. Məlumata görə, şəhərin açarları Putinə 2006-cı ildə verilmişdi. Bildirilir ki, paytaxtın açarı şərəf əlaməti olaraq rus xalqına xitabən Putinə təqdim olunmuşdu. Rusiya ordusunun Ukraynaya müdaxiləsinə görə, açar geri alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR