Motosiklet piyadanı vurdu - Sürücü öldü

Bakıda motosiklet piyadanı vurub, sürücü ölüb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə martın 29-da saat 23 radələrində Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini Gündüz İmanov idarə etdiyi “Zontes” markalı motosikletlə yolu keçən paytaxt sakini M.Məmmədlini vurub və idarəetməni itirərək yolun kənarındakı məhəccərlərə dəyib. Nəticədə G.İmanov hadisə yerində ölüb, sərnişini və piyada xəstəxanaya yerləşdiriliblər.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR