Rusiya ordusu Kiyevdən buna görə çəkildi - Əks-hücumlar rusları sarsıdıb

“Rusiya ordusunun Kiyevdən çəkilməsii Kremlin regionda təşəbbüsü itirməsinin göstəricisi ola bilər”.

Metbuat.az xəbər verir ki, Böyük Britaniya kəşfiyyatının hesabatında belə deyilir. Bildirilir ki, Rusiya ordusunun uğursuz həmlələri, Ukrayna ordusunun əks-hücumları Moskvanın Kiyevi mühasirəyə almaq planlarını pozub. Buna görə də, Rusiya əsas diqqəti Ukraynanın şərq bölgələrinə yönəldib.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi dialoqun davam etməsi üçün Kiyev və Çerniqov şəhərlərində hərbi əməliyyatların böyük ölçüdə dayandırıldığını elan edib. Ardınca, Rusiya ordusu Kiyevdən qüvvələrini çəkməyə başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR