İmran Xan barəsində PİS XƏBƏR: Vəzifədən gedə bilər

Pakistanda iki nazir istefa verib.

Metbuat.az xəbər verir ki, Baş nazir İmran Xanın ittifaq qurduğu Birləşmiş Xalq Hərəkatı partiyasının nümayəndələri, Ədliyyə Naziri Muhammed Faruk Nasim və İnformasiya Texnologiyaları və Telekommunikasiya naziri Aminul Hak vəzifəsindən gedib. Hökumət istefalarla bağlı açıqlama verməyib.

Qeyd edək ki, istefaların İmran Xan üçün keçiriləcək etimad səsverməsindən əvvəl baş verməsi diqqət çəkir. Martın 28-də parlamentdə İmran Xan barəsində etimad səsverməsinin keçirilməsinə dair sənəd 161 səslə qəbul edilib.Etimad səsverməsinin müzakirələri bu həftə başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR