Almaniya Rusiyaya qarşı sanksiyalara mane olur - SƏRT İTTİHAM

“Rusiyaya qarşı tətbiq olunan sanksiyalara ən az Almaniya əməl edir”.

Metbuat.az xəbər verir ki, Polşanın Ədliyyə naziri Zbigniev Ziobro belə açıqlama verib. O bildirib ki, Almaniya Rusiyaya qarşı sərt sanksiyaların əleyhinə ən ciddi mövqe sərgiləyən ölkədir. Nazirin sözlərinə görə, Almaniya Moskvaya qarşı sanksiyalara mane olur.

Qeyd edək ki, Almaniya hökuməti Rusiyaya qarşı enerji sanksiyalarına qoşulmağa hazır olmadığını açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR