Yekun təklifləri müzakirə edirik - Peskov

“Ukrayna tərəfi yekun təklifləri sənəd üzərində müzakirə etməyə başlayıb”.

Metbuat.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov İstanbul danışıqlarının yekunlarını şərh edərkən belə deyib. O bildirib ki, hələlik yekun nəticə ilə bağlı ümidverici razılıq olmasa da, müzakirələr normal davam edir:

“Vladimir Medinski danışıqların nəticələri barədə ətraflı məlumat verəcək. Müsbət hal isə Ukrayna tərəfinin yekun təklifləri sənədləşdirməyə başlamasıdır. Ümumi götürəndə ümidverici nəsə danışmaq tezdir. Bu uzun zaman alacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR