Bakının ticarət dövriyyəsi 6%-dək artıb

Bu ilin yanvar-fevral aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5,5% artaraq 3 989,1 mln. manat olub.

Bakı Statistika İdarəsindən Metbuat.az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artaraq 2 052,7 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9,2% artaraq 1 936,4 mln. manata bərabər olub.

Məlumata görə, istehlak məhsullarının 36,8%-i hüquqi şəxs statuslu müəssisələrdə, 41,8%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,4%-i isə paytaxtın məhsul bazarlarında satılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR