Bayden və Zelenski arasında telefon danışığı olub

ABŞ Prezidenti Cozef Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Zelenski “Twitter” hesabında məlumat verib.

“ABŞ Prezidenti Co Baydenlə bir saatlıq söhbəti indicə bitirdim. Döyüş meydanında və danışıqlar masasında vəziyyətin ortaq qiymətləndirilməsini müzakirə etdik. Xüsusi müdafiə dəstəyi, gücləndirilmiş sanksiyaların yeni paketi, makromaliyyə və humanitar yardımlar haqqında danışdıq”, - deyə Zelenski bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR