Neft ucuzlaşıb

Dünya birjalarında neft qiymətləri azalıb.

Metbuat.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, Londonun ICE birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 5.34% azalaraq 107.39 dollar olub.

Nyu-Yorkun NYMEX birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin bir barelinin qiyməti isə 6.40% ucuzlaşaraq 100.92 dollar olub.

mənbə: Bloomberg


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR