Azərbaycan XİN İsrailə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi İsraildə törədilmiş terror aktı ilə əlaqədar başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN "Twitter"də bildirib.

"İsraildə günahsız insanların həyatına son qoymuş terror hücumlarını şiddətlə pisləyirik. Azərbaycan əvvəllər terrordan əziyyət çəkib və onun bütün forma və təzahürlərini pisləyir. Xain hücumların qurbanlarının ailələrinə, İsrail hökumətinə və xalqına başsağlığı veririk", - XİN qeyd edib.

Xatırladaq ki, son bir neçə gün ərzində İsrailin müxtəlif şəhərlərində törədilən 3 terror aktı nəticəsində 11 nəfər həyatını itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR