Kiyev ətrafındakı rus qüvvələrin 20 faizi geri çəkilib -

Son 1 gün ərzində Rusiya Kiyev ətrafındakı qüvvələrin 20 faizini başqa bölgələrə göndərib.

Metbuat.az xəbər verir ki, Pentaqondan belə açıqlama verilib. Bildirilib ki, qüvvələrin bir hissəsi Belarus istiqamətinə çəkilib. Açıqlamaya görə, hərbçilərin çəkilməsi onların bazalarına dönməsi anlamına gəlmir. Geri çəkilən hərbçilər Ukrayna ərazisində mövqe tutub.

“Rusiya gərginliyi azaltmaqda səmimi olsaydı, hərbçilər öz daimi bazalarına çəkilməli idi” - açıqlamada belə deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR