Bədavi Hüseynov zədələnib

Azərbaycan millisinin heyətində zədələnmiş "Qarabağ"ın futbolçusu Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.

"Köhlən atlar"ın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, aparılmış MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsindən sonra 31 yaşlı müdafiəçidə 1-ci dərəcəli əzələ dartılması aşkarlanıb.

Müayinəyə əsasən, Bədavi Hüseynov 10 - 14 gün məşqlərdən kənarda qalacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR