Qeyri-neft ixracı artıb

2022-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 6 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 461,8 mln. ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə “İxrac icmalı”nın mart sayında qeyd olunub.

Məlumata görə,g bu , 2021-ci il ilə müqayisədə 130,6 mln. ABŞ dolları və ya 39,4% artım deməkdir.

2022-ci ilin meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 mln ABŞ dolları artaraq 92,3 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,4%, pambıq lifi ixracı 38,3%, pambıq ipliyi ixracı 35,2%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı isə 16,5% artıb.

2022-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (51,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (29,3 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (28,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2022-ci ilin yanvar-fevral ayları ərzində Türkiyəyə 153,3 milyon ABŞ dolları, Rusiya Federasiyasına 119,1 milyon ABŞ dolları, Gürcüstana 28,1 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 21 milyon ABŞ dolları və İtaliyaya isə 19,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin fevral ayı üzrə ixrac 2,9 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 24% təşkil etməklə 229,6 mln ABŞ dolları olub. 2022-ci ilin fevral ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 19,4% artaraq 51,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 25,4% artaraq 177,9 milyon ABŞ dolları təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR