Narkotik satan qadın tutuldu

Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən xəbərə görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakini Arzu Həsənova və Kürdəmir rayon sakini Roman Sadıqov saxlanılıblar.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə heroin və tiryək, eləcə də ümumilikdə 39 ədəd güclü təsiredici xüsusiyyətə malik həblər aşkarlanaraq maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxslər qanunsuz əməllə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR