"Qara qızıl" ucuzlaşmağa davam edir

Dünya birjalarında neftin qiymətləri azalıb.

Metbuat.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, Şimal dənizində hasil olunan “Brent” neftinin iyun fyuçersləri 0,35% ucuzlaşaraq 1 bareli 104,34 ABŞ dollarına satılıb.

Nyu-Yorkun NYMEX birjasında WTI neftinin may fyuçerslərinin qiyməti isə 0,60% aşağı düşərək, 1 bareli 99,68 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR