Bayden benzinin qiymətini aşağı salmaq üçün hərəkətə keçdi

ABŞ prezidenti Co Bayden ölkədə benzinin qiymətini aşağı salmaq üçün tədbirlər görməyə başlayıb.

Metbuat.az xəbər verir ki, Bayden qarşıdakı 6 ay ərzində neft ehtiyatlarının istifadəsinə icazə verdiyini açıqlayıb. Qərarə görə, hər gün ABŞ neft ehtiyatlarından 1 milyon barrel həcmində bazara çıxaracaq. Bayden bildirib ki, benzinin qiymətinin artmasına səbəb lazımi miqdarda neft hasilatının olmamasıdır.

Qeyd edək ki, son 3 ay ərzində ABŞ-da benzinin qiyməti 1 dollar bahalaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR