Türk PUA-sının İNANILMAZ ÖZƏLLİYİ üzə çıxdı - Düşmənə qarşı təkbaşına döyüşəcək

“Baykar” şirkətinin təqdim etdiyi “Bayraktar Kızılelma” PUA-sının ən vacib özəlliklərindən biri suni inteleklə təchiz olunmasıdır.

Metbuat.az Trthaber-ə istinadən xəbər verir ki, yeni PUA yüksək bacarıqlı suni intellektlə təchiz olunacaq. Məlumata görə, bu, PUA-nın çətin vəziyyətdə və yaxın döyüş zamanı özü-özünə qərarlar qəbul edərək, manevrlər etməsinə imkan verəcək. Ekspertlər bildirir ki, bu hərb tarixində yeni dövrün xəbərçisidir.

Qeyd edək ki, ötən ay “Baykar Savunma”nın texniki direktoru Səlcuq Bayraqdar “Bayraktar” pilotsuz uçuş aparatının yeni modeli olan “Bayraktar Kızılelma” nı açıqlayıb və maketinin şəklini nümayiş etdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR