Rusiya qaydaları yumşaldır -

Rusiya Mərkəzi Bankı fiziki şəxslər üçün xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətləri yumşaldıb.

Metbuat.az xəbər verir ki, yeni qaydalar hazırda hər bir Rusiya vətəndaşına ay ərzində Rusiya bankındakı hesabından xaricdəki hesabına və ya başqa fiziki şəxsə on min dollara qədər məbləği köçürmək hüququ verir. Amma hesab açmadan pul köçürmə zamanı şirkətlərinin xidmətlərindən istifadə edərkən limit beş min dollar həddində təyin edilib.

Məlumatda o da qeyd olunur ki, altı ay müddətində qüvvədə olacaq yeni limit ilə bağlı qaydalar sanksiyaları dəstəkləməyən ölkələrin rezidentləri və qeyri-rezidentlərinə şamil edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR