Belqorodda neft bazasında yanğın:

Bu gün səhər saatlarında Belqorodda neft bazasında yanğın baş verib.

Metbuat.az Unian-a istinadən xəbər verir ki, baş verən yanğının söndürülməsi üçün xüsusi helikopterdən istifadə olunur. Hadisə ilə bağlı Rusiya tərəfi iddia edir ki, Belqorodda neft bazasına Ukrayna helikopterləri atəş açıb. Jurnalist Yuri Butusov Rusiyanın Belqorod şəhərində neft anbarının dağıdılmasının təfərrüatlarını açıqlayan zaman qeyd edib ki, rəsmi təsdiq olmasa da, qəza nəticəsində 16 min kubmetr yanacaq olan 8 çənin yandığı barədə məlmatlar var.

Xatırladaq ki, iki gün əvvəl, martın 30-da Belqorod vilayətində silah-sursat anbarlarında partlayış baş vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR