Azərbaycan millisinin seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Qadınlardan ibarət Azərbaycan milli komandasının səfərdə Bosniya və Herseqovina və Danimarka yığmalarına qarşı keçirəcəyi Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb.

Metbuat.az xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 futbolçuya dəvət göndərib. Oyunçuların əksəriyyəti Türkiyə çempionatında çıxış edirlər.

Yığma aprelin 7-də Bosniya və Herseqovinanın, aprelin 12-də isə Danimarkanın qonağı olacaq.

İlk qarşılaşmanı İngiltərədən, ikinci görüşü isə Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

17:00. Bosniya və Herseqovina – Azərbaycan
Baş hakim: Körsti Dovl
Baş hakimin köməkçiləri: Melissa Börgin, Sofie Denninqton
Dördüncü hakim: Lisa Ben

20:00. Danimarka – Azərbaycan
Baş hakim: Silvia Dominqos
Baş hakimin köməkçiləri: Olqa Almeyda, Kristina Moreyra Kosta
Dördüncü hakim: Filipa Pereyra Kunha


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR