Bu ölkə qarışdı: Prezidentin evinə hücum etdilər - Yüzlərlə insan... /

Şri-Lankada yüzlərlə insan prezident Qotabaya Rajapaksanın paytaxt Kolomboda yerləşən iqamətgahına hücum edib.

Metbuat.az xəbər verir ki, qəzəbli kütlə prezidentin evinə soxulmağa cəhd edib. Dərhal əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib. 45 nəfər nəzarətə götürülüb. Polis bölgədə komendant saatı elan edib. Polis bildirib ki, hadisəni törədənlərin məqsədi ölkədə ixtişaş yaratmaqdır.

Qeyd edək ki, iqtisadi böhranın hökm sürdüyü Şri-Lankada vəziyyət gərgindir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR