Qaydaları pozan 13 şagirdin nəticəsi ləğv olunub,

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 martda keçirilən buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 47726 nəfərdən 513 nəfər imtahana gəlməyib.

Bu barədə Metbuat.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Məlumata görə, tələb olunan imtahan qaydalarını pozduğu üçün 13 nəfərin nəticəsi ləğv olunub.

Bundan başqa, itahan iştirakçıları arasında 2 nəfər – Bakı şəhəri 125 saylı və Bakı şəhəri 286 saylı orta məktəblərin məzunları maksimal olan 300 bal toplayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR