Azərbaycan cüdoçusu bürünc medal görüşünə çıxmayacaq

Azərbaycan cüdoçusu Orxan Səfərov Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal görüşünə çıxmayacaq.

Metbuat.az-ın federasiyanın rəsmi saytına istinadən məlumatına görə, buna 66 kq-da yer alan idmançının zədələnməsi səbəb olub.

Villian Lima (Braziliya) ilə 1/4 final qarşılaşmasında zədə alan Səfərov yığmanın həkiminin tövsiyəsinə və baş məşqçisinin qərarına əsasən, 3-cü yer uğrunda döyüşdə iştirak etməyəcək.

Qeyd edək ki, Orxan Səfərov medal görüşündə Tal Fliker (İsrail) ilə qarşılaşmalı idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR