Zelenski:

"Ukraynada müharibənin bitmə vaxtını proqnozlaşdırmaq çətindir".

Metbuat.az xəbər veror ki, bunu ”Fox News”a müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Aparıcının prezidentin sülh sazişinin imzalanması naminə Rusiyaya ərazi güzəştlərinə hazır olub-olmaması ilə bağlı sualını cavablandıran Zelenski bunun baş verməyəcəyini deyib.

"Biz ərazimizlə alış-veriş etmirik. Ərazi bütövlüyü və suverenlik məsələsi müzakirə olunmur", - Prezident vurğulayıb.

Zelenski deyib ki, Ukraynanın NATO-ya faydalı olacağına dair əminliyini təsdiqləyib.

"NATO haqqında danışmaq bizim üçün çətindir, çünki NATO bizi qəbul etmək istəmir. Məncə, bu səhvdir, çünki NATO-ya daxil olsaq, alyansı daha da gücləndirəcəyik. Zəif dövlət deyilik. NATO hesabına gücləndirməyi təklif etmirik. Biz əlavəyik, biz lokomotivik”, - dövlət başçısı bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR